Əfqan Muxtarlı aclığı dayandırıb

16 saylı CÇM-də vəkilinə qarşı edilmiş zorakılığın araşdılmasını tələbi ilə aclıq edən jurnalist Əfqan Muxtarlının bu gün  aclığı dayandırıb. 
 
Jurnalist şəkərli diabetdən əziyyət çəkir, üç gündür ki, yeməkdən və dərmanlardan imtina etməsi səhhətində ciddi problem yaradıb.Dünən jurnalistin "kars"a salındığı məlumatı yayılmışdı.Bu gün vəkili Nemət Kərimli də onunla görüşərək aclığı dayandırmasını xahiş etmişdi.
Vəkil barədə şikayət verilib
 
Penitensiar Xidmət vəkil Nemət Kərimli barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Vəkillər Kollegiyasına müraciət olunması ilə bağlı məlumat yayıb.
 
Məlumatda deyilir ki, son günlər jurnalist Əfqan Muxtarlının vəkili Nemət Kərimlinin cəzaçəkmə müəssisəsində müvəkkili ilə görüşə gəldiyi zaman onun üzərində qanunsuz axtarış aparıldığı və guya müəssisə əməkdaşlarının onunla sərt davrandıqları barədə həqiqətə uyğun olmayan bəyanat yayılıb. Vəkil Penitensiar Xidmətin yaydığı məlumatının həqiqətə uyğun olmadığını və zorakılıqla  bağlı artıq Sabunçu rayon Prokurorluğuna, Baş Prokurora və Penitensiar Xidmətə şikayət etdiyini bildirib.