EURO : 1,858 TRY : 0,2502 USD : 1,7 RUB : 0,0238
Formula-1 üzrə Azərbaycan Qran-Prisinin tarixi açıqlandı

Formula-1 üzrə Azərbaycan Qran-Prisinin tarixi açıqlandı

"Formula-1” üzrə dünya çempionatının mümkün təqvimi bəlli olub.
 
Apasport.az saytının Almaniyanın "Bild” nəşrinə istinadən məlumatına görə, yarış 17 mərhələdən ibarət olacaq.
 
Bildirilir ki, Azərbaycan Qran-Prisi sentyabrın 6-da keçiriləcək. Bakıdakı yarış çempionatın 7-ci mərhələsi olacaq.
 
İyulun 5-də Avstriyada başlayacaq yarış dekabrda Qətərin Abu-Dabi şəhərində yekunlaşacaq. Avstriya və Böyük Britaniya kimi Macarıstanda da iki mərhələ təşkil olunacaq.
 
"Bild”in açıqladığı təqvim
1-2. Avstriya – 5 və 12 iyul 
3-4. Böyük Britaniya – 26 iyul və 2 avqust
5-6. Macarıstan – 16 və 23 avqust
7. Azərbaycan – 6 sentyabr
8. Sinqapur – 20 sentyabr
9. Rusiya – 27 sentyabr
10. Çin – 4 oktyabr
11. Yaponiya – 11 oktyabr
12. ABŞ – 25 oktyabr
13. Meksika – 1 noyabr
14. Braziliya – 8 noyabr
15. Vyetnam – 22 noyabr
16. Bəhreyn – 6 dekabr
17. Qətər – 13 dekabr

Facebook