Formula 1: Monakoda ay ərzində üç yarış keçiriləcək

Formula 1: Monakoda ay ərzində üç yarış keçiriləcək

"Formula 1" üzrə 2021-ci ildəki dünya çempionatının Monako mərhələsinin vaxtı açıqlanıb.

Rakurs.tv-nin Monako Avtomobil klubunun (ACM) rəsmi saytına istinadən məlumatına görə, Qran-pri 20-23 mayda keçiriləcək.

Həmçinin gələn il knyazlıq küçələrində daha 2 yarış - retro avtomobillərin iştirak etdiyi tarixi Monako Qran-prisi (23-25 aprel) və "Formula E" mərhələsi (8 may) təşkil olunacaq.

ACM-nin sədri Kristian Tornatore bildirib ki, ilk dəfə bir ay ərzində üç yarış təşkil olunacaq: "Maddi-texniki məsələlər çətin olacaq, lakin mümkünsüz deyil. Trasın hazırlanması işlərinə nəzərdə tutulan vaxtdan tez, fevralın sonlarında başlamaq lazımdır. Sonra hər bir yarış seriyası üçün zəruri olan yolda və ətrafda texniki işlər görəcəyik. Buna nail olmaq üçün bütün işçilərin təcrübəsinə və çevikliyinə güvənəcəyik".

Qeyd edək ki, bu il "Formula 1" rəhbərliyi koronavirus pandemiyası səbəbindən Avstraliya, Monako və Fransa mərhələlərini ləğv edib.

Facebook