Formula 1 daha 3 il Azərbaycanda keçiriləcək

Formula 1 daha 3 il Azərbaycanda keçiriləcək

Fevralın 5-də Bakı Şəhər Halqası ilə "Formula-1" Şirkətlər Qrupu arasında Azərbaycan Qran-prisinin keçirilmə müddətinin uzadılmasına dair yeni müqavilə imzalanıb.
 
Operativ.tv "Report"a istinadən xəbər verir ki, bununla bağlı təşkil olunan tədbirdə gənclər və idman naziri Azad Rəhimov bildirib ki, yeni sözləşmənin müddəti 2023-cü ilə qədər nəzərdə tutulub. Əvvəlki anlaşma 2020-ci ilədək idi.
 
Daha sonra tərəflər arasında rəsmi müqavilə bağlanılıb. Müqaviləyə A.Rəhimovla "Formula-1 Group" şirkətinin baş icraçı direktoru Çeyz Kerri imza atıb.
 
Yeni müqavilənin detalları açıqlanmır.
 
Builki yarışlar 28-30 aprel tarixləri arasında keçirilməlidir.
 
Azərbaycan Qran-prisi 2016-cı ildən "Formula-1"in təqviminə daxil olub. Buna qədər bu yarışlar Azərbaycanda 2016, 2017 və 2018-ci illərdə keçirilib. Bu yarışların, razılaşmaya əsasən, Azərbaycanda 2019 və 2020-ci illərdə də təşkil ediləcəyi açıqlanmışdı. Azərbaycan rəsmilərinin bildirməsinə görə, əvvəlcədən razılaşdırılmış bu haldan imtina edərlərsə, ölkəni 50 milyon dollar cərimə gözləyirdi.
 
Ancaq rəsmilər "Formula-1" yarışlarına nə qədər xərc çəkildiyini bütün detallarına qədər açıqlamırlar. Azərbaycan müxalifəti baş verənləri şəffaflığın olmaması və israfçılıq sayır.

Facebook