Fond əmanətçilərə 740 milyona manata yaxın kompensasiya ödəyib

Əmanətlərin Sığortalanması Fondu bağlanan bankların əmanətçilərinə 739 mln 327 min manat kompensasiya ödəyib. 

Xəbəri Əmanətlərin Sığortalanması Fondu yayıb.

"Parabank" ASC-nin əmanətçilərinə 43 mln 222 min (kompensasiyanın 98,5 faizi), "Zaminbank" ASC-nin əmanətçilərinə 63 mln 951 min (88 faiz), "Kredobank" ASC-nin əmanətçilərinə 27 mln 771 min (99,9 faiz), "Dekabank" ASC-nin əmanətçilərinə 3 mln 087 min (98,7 faiz) manat kompensasiya verilib.

"Atrabank" ASC-nin əmanətçiləri 14 mln 350 min (98,2 faiz), "Qafqaz İnkişaf Bankı" ASC-nin əmanətçiləri 2 mln 004 min (96 faiz), "Yunayted Kredit Bank" əmanətçiləri 1 mln 807 min manat (84,7 faiz) "Bank of Azerbaijan" ASC-nin əmanətçiləri 24 mln 191 min (97 faiz), "Gəncəbank" ASC-nin əmanətçiləri 976 min 440 manat (94, faiz), "Texnikabank" ASC-nin əmanətçiləri 120 mln 458 min (98,2 faiz) manat, "Bank Standart" ASC-nin əmanətçiləri 437 mln 510 min (99,2 faiz) manat kompensasiya alıb.