Fələstin İsraili dövlət kimi tanımayacaq

Fələstin İsraili dövlət kimi tanımaqdan imtina edib.

“RT”-yə istinadən verilən xəbərə görə, bu barədə Fələstin Azadlıq Təşkilatının (FAT) toplantısında qərar verilib.

Məlumata əsasən, İsrail Fələstini 1967-ci ilin sərhədləri çərçivəsində tanımayanadək, Fələstin torpaqlarında məskunlaşma siyasətinə və Şərqi Qüdsün ilhaqına son qoymayanadək FAT İsraili dövlət kimi tanımayacaq.

Bundan əvvəl  Fələstin lideri Mahmud Abbas İsraili 1993-cü il sazişini pozmaqda ittiham edib.  1993-cü ildə İsrailin baş naziri İshaq Rabin və Fələstin Azadlıq Təşkilatının  sədri Yasir Ərəfat müvəqqəti özünüidarə tədbirləri üzrə bəyannamə (Oslo sazişi) imzalayıblar. Fələstin özünüidarə orqanları məhz həmin saziş əsasında fəaliyyət göstərir.