Flippində İŞİD qüvvələri ilə döyüşdə 42 nəfər öldü

Filippinin Maravi şəhərində hökumət qüvvələri ilə İŞİD terror qruplaşmasını dəstəkləyən silahlılar arasında döyüşlər zamanı ən azı 42 nəfər ölüb.

Silahlı qarşıdurmalar zamanı bazar günü 19 dinc sakin, 11 hərbçi və 4 polis əməkdaşı həlak olub. Bundan başqa, yarğanda 8 nəfərin meyiti aşkarlanıb.

61 silahlının zərərsizləşdirildiyi bildirilir.

Maravi əhalisinin əksəriyyəti şəhəri tərk edib.