"Fitch" Azərbaycanın reytinqini açıqlayıb

"Fitch" Beynəlxalq Reytinq Agentliyi Azərbaycan Dövlətinin emitentin uzunmüddətli defolt reytinqini (IDR) "BB+", proqnozunu isə sabit olaraq müəyyən edib. 
 
Bu barədə "Report”a Reytinq Agentliyindən məlumat verilib.
 
Azərbaycanın "BB+” reytinqi güclü xarici balans və neftin yüksək qiymətindən gələn gəlirlər hesabına aşağı dövlət borcunu əks etdirir. Amma buna baxmayaraq, Azərbaycan hələ də hidrokarbonat ehtiyatlarından asılıdır və zəif bank sektoru, həmçinin idarəetmə indiqatorları hələ də mövcuddur.