Finlandiyanın Nokia şirkəti Azərbaycanın mobil operatoru haqqında yazıb

Finlandiyanın Nokia şirkəti Azərbaycanın mobil operatoru haqqında yazıb

Espoo, Finlandiya, 17 sentyabr  – Nokia şirkəti Azərbaycanın mobil operatoru "Azercell Telecom" MMC-nin 4G şəbəkəsinin əhatə dairəsini genişləndirdiyini elan edib. Belə ki, şirkət Azərbaycan ərazisində 1,400 məntəqədə özünün AirScale 4G baza stansiyalarını quraşdıracaq. Nokia-nın AirScale Radio Access həlləri Azercell-ə artan tələbatı qarşılayacaq yüksək sürətli mobil bağlantı, həmçinin gələcəkdə rahat miqrasiya xətti ilə təmin edəcək. Nokia bu müqavilədə yeganə təchizatçı kimi çıxış edir və əvvəlki təchizatçını əvəz edərək şirkətin şəbəkəsinin daha da təkmilləşdirilməsində iştirak edəcək.

Bildirilir ki, bu, 4G şəbəkəsinin əhatə dairəsinin paytaxtdan kənarda genişləndirilməsi istiqamətində icra olunan ilk genişmiqyaslı regiona layihədir. Azercell Nokia-nın Single RAN həllindən istifadə edəcək. Bu həll yüksək qoşulma qabiliyyəti və bazarda ən az gecikmə təklif edən ilk hərtərəfli kommersiya həllidir. Single RAN mürəkkəbliyi azaldacaq, xərcləri optimallaşdıracaq və proqramın yenilənməsi ilə gələcəkdə daha asan şəkildə texnoloji yüksəliş əldə etməyə imkan verəcək.

Facebook