Fındıq istehsalçıları icra hakimlərinin dediklərini təkzib edir

Fındıqçılıq rayonlarının icra hakimiyyətləri bu il bağlarda fındığın bol olduğunu bildirsələr də, bəzi fermerlər və əhali əksini deyir.

Su olmadığından Zaqatalada bir sıra bağlar quruyur. Nəticədə də bu il məhsuldarlıq aşağı olacaqdır.

Ötən il fındığın kiloqramı 5 manata satılsa da, bu il qiymətin 2-3 manata düşdüyü bildirilir.

Bir sıra fermerlər Kənd Təsərrüfatı Nazirliyinin Facebook səhifəsində öz etirazalarını da yazıblar:

“Kaş ki, nazirə sözümüz çataydı. İndi fındığın qiyməti 2 manatdır. Bu biabırçılıqdır”.

Bir sıra bağlarda isə fındığın bol olduğu da bildirilir.

Qeyd edilir ki, mövsümün başlanğıcında qiymətlər aşağı salınır. Sonradan qiymətlər yüksələ bilir. Fermerlərə məhsullarını satmamaq tövsiyə olunur. (Marja)