Film çəkilişi zamanı aktyorun atəş açması nəticəsində operator ölüb, rejissor yaralanıb

Film çəkilişi zamanı aktyorun atəş açması nəticəsində operator ölüb, rejissor yaralanıb

ABŞ-da film çəkilişi zamanı çəkiliş qrupuna atəşi baş rolun ifaçısı, məşhur Hollivud aktyoru Alek Bolduinin açdığı məlum olub.

Aktyor filmin çəkilişi zamanı çəkiliş qrupuna çəkiliş üçün nəzərdə tutulan rekvizit tapançadan atəş açıb. Nəticədə filmin operatoru ölüb, rejissoru yaralanıb.

Tapançanın döyüş güllələri ilə dolu olması, habelə A. Bolduinin rejissor və operatora hansı səbəbdən atəş açması araşdırılır.

Polis atəşi A. Bolduinin açdığını təsdiqləyib.

Polis tərəfindən dindirilən aktyora qarşı hələlik ittiham irəli sürülməyib.

Facebook