Fillər müsəlman qaçqınlara hücum etdi: ölənlər və yaralılar var

Bu gün fillər Banqladeş və Myanmanın sərhədində yerləşən və rohingyalı müsəlman qaçqınların olduğu düşərgəyə hücum edib.

“Röyters” agentliyinə istinadən xəbər verilir ki, hadisə nəticəsində 2 nəfər ölüb, 5-i yaralanıb.

Ölənlər 55 yaşlı kişi və 2 yaşlı bir uşaqdır. Yaralıların hamısı xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti ağır qiymətləndirilir.

Qeyd edək ki, Banqladeşdə Myanmadakı qətliamdan qaçan 400 mindən artıq müsəlman var. Onlar üçün ayrılan düşərgələrin hamısının dolduğu bildirilir.