Fidel Kastronun oğlu intihar etdi

Kubanın sabiq lideri Fidel Kastronun oğlu Fidel Anxel Kastro Dias-Balart intihar edib.
 
Xarici mətbuata istinadən xəbər verilir ki, onun intihar etməsinə səbəb ağır depressiyada olması olub. Belə ki, Dias-Balart uzun müddət xəstəxanada müalicə olunduqdan sonra evə buraxılmışdı.
 
Elmlər doktoru olan 68 yaşlı Dias-Balart həyatına qəsd etməzdən öncə məktub yazıb.
 
Qeyd edək ki, o, Kuba Dövlət Şurasının elmi məsələlər üzrə müşavir və Kuba Elmlər Akademiyasının vitse-prezidenti vəzifələrində çalışıb.