FHN-dən universitet binasında baş verən yanğınla bağlı açıqlama

Fövqəladə Hallar Nazirliyi Bakıda universitet binasında baş verən yanğınla bağlı məlumat açıqlayıb. 

Rakurs TV-nin FHN-in saytına istinadən verdiyi məlumata görə, ilkin məlumata əsasən Nərimanov rayonunda Azərbaycan Kooperasiya Universitetinin idman zalında elektrik naqilləri yanır. Hazırda Azərbaycan Kooperasiya Universitetinin əsas binasında qəbul imtahanları gedir. Yanğının imtahan gedən binaya keçmə ehtimalı yoxdur. Yanğın zamanı xəsarət alan olmayıb. Əlavə məlumat eriləcək.