Faiq Əmirlinin məhkəməsinə şahidlər məcburi gətiriləcək - Video

İyunun 22-də AXCP sədrinin köməkçisi, “Azadlıq” qəzetinin direktoru Faiq Əmirlinin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib. Səbail rayon Məhkəməsində keçirilən prosesə hakim Aytən Əliyeva sədrlik edib. Prosesdə F. Əmirli və vəkili Aqil Layıcov, iddiaçının nümayəndəsi Elçin İsayev, dövlət ittihamçısı Vüsal Abdullayev, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Rakurs TV-nin məlumatına görə, məhkəmə prosesində ifadə verməsi nəzərdə tutulan şahidlərdən heç biri iştirak etməyib. Hakim şahidlərin məhkəməyə məcburi qaydada gətirilməsi barədə qərar verib.

Növbəti proses iyulun 3-ə təyin olunub.