Faciəvi şəkildə ölən polis əməkdaşının fotosu yayıldı

Xəbər verdiyimiz kimi, Kür çayının Ağstafa rayonunda 3 polis əməkdaşı suda boğularaq faciəvi şəkildə həyatını itirib.

Onlardan biri Ağstafa rayon Zəlimxan kənd sakini, 1991-ci il təvəllüdlü Mamayev Şahlar Ramiz oğlu olub.

Onun cəsədi Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən tapılaraq sudan çıxarılıb.

Şahların 2013-cü ildə çəkilmiş əsgərlik fotosunu təqdim edirik: