Eyyub Hüseynov: Provayderlər pulu geri qaytarmalı, istehlakçılardan üzr istəməlidirlər

Eyyub Hüseynov: Provayderlər pulu geri qaytarmalı, istehlakçılardan üzr istəməlidirlər

Natiq Cəfərli: "Bu, istehlakçı hüquqlarının kobud şəkildə pozulması deməkdir"

“İnternetin məhdudlaşdırılma səbəblərindən asılı olmayaraq, provayderlər onlardan xidmətlərin tam qiymətini tələb etməklə istehlakçı hüquqlarını pozurlar. Belə çıxır ki, istehlakçılar paketin hamısını ödəyirlər və eyni zamanda müqavilədə göstərilən internet həcminin yarısından azını alırlar”.

Bu fikirləri “Turan” informasiya agentliyinə İstehlakçıların Hüquqlarını Müdafiə Birliyinin rəhbəri Eyyub Hüseynov deyib.

Eyyub Hüseynov bildirib ki, istehlakçı hüquqlarının tamamilə pozulub və provayderlər müştərilərə tam xidmətlər paketi təqdim etmədikləri üçün pulun bir hissəsini qaytarmaq məcburiyyətindədir:

“İnternet provayderləri ilə müqavilələrdə fors-major vəziyyətinə dair heç bir bənd yoxdur. Pulu geri qaytarmaqla yanaşı, provayderlər istehlakçılardan üzr istəməlidirlər”.

İqtisadçı Natiq Cəfərli isə deyib ki, provayder ilə müştərilər arasında müqavilə tərtib edərkən internetin sürəti üçün tarifin nəzərə alınır və xidmətlər üçün vahid tarif yoxdur: “Qiymət internetin sürətindən asılıdır. Azərbaycanda iki həftə ərzində İnternetin sürəti azaldı, bu da provayderlər tərəfindən müqavilə öhdəliklərinin pozulması və istehlakçı hüquqlarının kobud şəkildə pozulması deməkdir".

Onun fikrincə, indi iki yol var: ya provayderlər istehlakçılara itirilmiş sürəti əlavə olaraq ödəməlidirlər, ya da provayderlər bir-biri ilə razılaşmalı və müştərilərinə bu günə qədər interneti məhdudlaşdırdıqları müddət üçün pulsuz internet təqdim etməlidirlər.

Sentyabrın 27-də Milli Məclisin növbədənkənar iclasında Azərbaycan Respublikasında hərbi vəziyyət rejimi elan olunması haqqında Prezident İlham Əliyevin Fərmanının təsdiq olunması barədə məsələ müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra parlament Fərmanın təsdiq edilməsi ilə bağlı qərar qəbul edib.

Fərmana əsasən, 28 sentyabr 2020-ci il tarixindən, saat 00.00-dan etibarən Azərbaycan ərazisində hərbi vəziyyət elan edilib.

Ondan bir gün əvvəl isə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ölkə üzrə internetin verilməsində məhdudiyyətlər tətbiq edəcəyi haqda məlumatyayıb: “Azərbaycan vətəndaşlarının münaqişə vəziyyətində internetlə bağlı yarana biləcək məhdudiyyətlər səbəbindən anlayış göstərəcəklərinə ümid edirik”.

Facebook