Eyfel qülləsi bağlandı

Fransa paytaxtında tüğyan edən "Eleanor" qasırğası səbəbindən Eyfel qülləsi müvəqqəti olaraq ziyarətçilər üçün bağlanıb.
 
Trend-ə istinadən verilən məlumata görə, sürəti saatda 140 kilometr olan qasırğa ölkənin 51 departamentini cənginə alıb. Təbii fəlakət nəticəsində 9 nəfər xəsarət alıb, 200 mindən artıq ev işıqsız qalıb.