Evindən radioaktiv maddə və məxfi sənədlər aşkarlanan zabit tutulub

Evindən radioaktiv maddə və məxfi sənədlər aşkarlanan zabit tutulub

Oktyabr ayında böyük silah arsenalına malik olası ilə bağlı şübhəli bilinən alman zabitinin evində yoxlama aparılıb.

Bu barədə məhkəmədəki mənbələrdən bildirilib.

Zabitin evindən qeyri-müəyyən miqdarda radioaktiv maddə (Strontium-90) və məxfi sənədlər aşkar edilib.

Həmçinin, hərbçinin evindən “Kalaşnikov” avtomatları, tank və zenit sursatları, habelə, döyüş qabiliyyətli çoxlu qumbaraatan və qumbaraatan mərmiləri tapılıb.

Məxfi sənədlər arasında Şimali Koreya ilə bağlı iki fayl, eləcə də “Kommunist ədəbiyyatı” tapılıb.

Axtarışdan sonra zabit saxlanılıb.

Zabitin alman ordusunda partlayıcı qurğuların təhlili üzrə ixtisaslaşan bölmədə xidmət etdiyi bildirilib.

Qeyd edək ki, Müdafiə Nazirliyindən sözügedən silah-sursatların hərbi arsenalda qeydiyyatda olmadığı bildirilib.

Məlumat üçün bildirək ki, Stronsium radioaktiv maddəsi tibbdə istifadə edilir.

Facebook