Evi yanan məcburi köçkünlər "Qaçqınkom"dan şikayətlənir - Video

Bura Qarabağdan məcburi köçkünlərin məskunlaşdığı Binəqədi rayonu, Dərnəgül qəsəbəsi Ağasadıq Gəraybəyli 39 ünvanında yerləşən 4 nömrəli fəhlə yataqxanasıdır. Bina sakinlərinin Rakurs TV-ə bildirdiklərinə görə bir neçə müddət bundan əvvəl binada  baş vermiş yanğın qəzasından sonra aidiyyatı qurumlardan köçkünlərin vəziyyəti ilə maraqlanan yoxdur. Baş vermiş yanğın nəticəsində binanın köçkünlər yaşayan bir neçə otağı ciddi zərər görərək yaşanması mümkünsüz hala gəlib,insanlar avadanlıqsız, yarasız hala düşmüş otaqlarda  quru döşəmə üzərində gecələyirlər. Evləri zərər görmüş sakinlər bildiriblər ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən  (Qaçqınkom) dəfələrlə gəlib yaranmış vəziyyəti yerindəcə görsələr də, elədikləri ancaq boş vədlər olub.