EURO : 1,858 TRY : 0,2502 USD : 1,7 RUB : 0,0238
ETSN `Kristal Abşeron`a 1800 manat məbləğində akt tərtib edib

ETSN `Kristal Abşeron`a 1800 manat məbləğində akt tərtib edib

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Sumqayıt şəhəri, 9-cu mikrorayon, 59 və 60-cı binaların qarşısında ağac kəsilməsi ilə bağlı daxil olan şikayəti yerində araşdırıb və əraziyə keçirilən baxış zamanı 1 ədəd söyüd ağacının kəsildiyi aşkarlanıb. 

 

Bu barədə ETSN-in Mətbuat Xidmətinin rəhbəri İradə İbrahimova jurnalistlərə açıqlamasında məlumat verib.

 

Onun sözlərinə görə, araşdırma zamanı ağacın “Kristal Abşeron” Mənzil Tikinti Kooperativi tərəfindən kəsildiyi məlum olub. 

 

Faktla bağlı akt tərtib olunub və 1800 manat məbləğində ziyan müəyyən edilib.

Facebook