ETSN: Gün ərzində paytaxtda duman müşahidə olunacaq

“Gün ərazisində paytaxtda duman müşahidə olunacaq, arabir çəkilərək yenidən sıxlaşacaq”.

 

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova deyib.

 

O bildirib ki, aprelin 16-da gecə və səhər saatlarında paytaxtda və yarımadanın bəzi ərazilərində zəif duman olunacağı istisna olunmur.

 

Gülşad Məmmədova deyib ki, hazırda ərazidə cənub-şərq küləklərinin üstünlüyü müşahidə olunur: “Günorta saatlarında temperatur 13-18 dərəcə arasında dəyişəcək”.