Etirazçılar Ali Məhkəmənin binasını yandırdılar

Venesuelanın paytaxtı Karakasda növbəti etiraz aksiyası zamanı Ali Məhkəmənin binası yandırılıb.

TASS informasiya agentliyinin məlumatına görə, etirazçılar binaya yandırıcı maye ilə dolu şüşə qabları və fişəng atıblar.

Eyni zamanda, hücuma binanın birinci mərtəbəsində yerləşən bank da məruz qalıb. Polis etiraz aksiyasını dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Hadisə yerinə cəlb edilən yanğınsöndürənlər alovun qarşısını alıblar, zərərçəkənlər barədə məlumat verilmir.

Qeyd edək ki, ölkədə aprelin əvvəlindən başlayan iğtişaşlar nəticəsində 100-ə yaxın adam ölüb, 1000-dən çox insan xəsarət alıb, 3 mindən çox etirazçı isə saxlanılıb.(AzərTAc)