Eşitmə və nitq məhdudiyyətli şəxslərə həsr olunmuş sosial çarx çəkilib - Video

Azərbaycanda ilk dəfə jestika ile vine çəkmiş viner Mahmud Səfərov və Aida Səfərovanın ideya müəllifliyi ilə eşitmə və nitq məhdudiyyətlilərin səssiz dünyalarına həsr olunmuş sosial çarx cəkilib. Sosial çarxın rejissoru Orxan Quliyevdir.
Qeyd edək ki, sosial çarx ilk dəfə oktyabrın 26-da “Nizami” Kino Mərkəzində eşitmə məhdudiyyətlilərdən bəhs edən, Fuad Tofiqoğlunun rejissorlugu ilə çəkilmiş “Mənim hekayəm” adlı filmin qala gecəsində təqdim olunub. Sosial çarxın çəkilməsində məqsəd eşitmə və nitq məhdudiyyəti olanların səssiz dünyalarına dəstək ve işarət dilinin təbliği xarakteri daşıyır. Sosial çarx sonda hər kəsə “Sadəcə jest edin” şüarını ötürüb.