Ermənistanın yeni prezidenti bəlli oldu

Ermənistan parlamentində bu gün prezident seçkiləri ilə bağlı səsvermə keçirilib.

“Qafqazinfo” xəbər verir ki, yeganə namizəd – Ermənistanın Böyük Britaniyadakı səfiri Armen Sarkisyan hakim Ermənistan Respublikası Partiyası tərəfindən, indiki dövlət başçısı Serj Sarkisyanın təklifi ilə irəli sürülüb. 

Səsvermədə 101 deputat iştirak edib. A.Sarkisyanın namizədliyini 90 deputat dəstəkləyib, 10-u əleyhinə səs verib. Beləliklə də, Armen Sarkisyan Ermənistanın dördüncü prezidenti seçilib. 

Qeyd edək ki, Serj Sarkisyanın prezident səlahiyyəti aprelin 9-da başa çatacaq.