Ermənistanın Konstitusiya məhkəməsinin sədrinə qarşı cinayət işi başlayacaq

Hökumət Ermənistan konstitusiya məhkəməsinin sədri və keçmiş ədliyyə nazir Qrayr Tovmasyana qarşı cinayət işinin başlanmasını istəyir.

Rakurs.tv xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan “Azadlıq Radiosu”na müsahibəsində bildirib.

Hökumət başçısı bildirib ki, Q.Tovmasyan ədliyyə naziri olarkən vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, bir neçə notarial kontoru qeyri-qanuni özəlləşdirib: “Hökumət buna görə onu cinayət məsuliyyətinə cəlb etdirmək niyyətindədir”.

Qeyd edək ki, Qrayr Tovmasyan 1970-ci il iyunun 8-də Ermənistanın Ararat vilayətinin Darakert kəndində anadan olub.

Ehtiyatda olan mayordur. 1998-ci ildən Rusiya-Erməni Universitetində dərs deyir. 2006-cı ildən Avropa Şurasının Yerevandakı məkətbində siyasi kurslarda mühazirə oxuyur. Özü bu məktəbin məzunudur. 2010-cu il dekabrın 17-dən 2014-cü il aprelin 30-dək Ermənistanın ədliyyə naziri işləyib. 2017-ci il aprelin 2-də o vaxtkı hakim Respublikaçılar Partiyasından deputat seçilib. 2018-ci il martın 2-də Konstitusiya məhkəməsinin üzvü təyin edilib və həmin il martın 21-dən isə məhkəmənin sədridir.