EURO : 1,8737 TRY : 0,2585 USD : 1,7 RUB : 0,0214
Ermənistanın hökumət binasında yanğın olub

Ermənistanın hökumət binasında yanğın olub

Ermənistan hökumətinin binasında yanğın hadisəsi qeydə alınıb.

 

Rakurs.tv "RİA Novosti" yə istinadən xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

Hadisə yerinə dörd yanğınsöndürmə briqadası və xilasetmə xidmətinin əməkdaşları cəlb olunub.

 

Qeyd olunub ki, yanğın saat 22: 31-də (Bakı vaxtı ilə) hökumət binasının birinci mərtəbəsində baş verib. 

 

Yanğının qarşısı bir saat sonra alınıb. Zərərçəkənlər barədə məlumat verilmir.

Facebook