Ermənistanda prezidentliyə yeni namizəd

Serj Sarkisyanı Armen Sarkisyan əvəzləyə bilər

Ermənistanda hakim Respublikaçı Partiyası və Ermənistan İnqilabi Federasiyası (ARF), yaxud Dashnaktsutyun keçmiş baş nazir Armen Sarkisyanın prezidentliyə namizədliyini irəli sürüb.

Sarkisian bundan öncə hər iki fraksiyanın təmsilçiləriylə görüşüb. Respublikaçı Partiyası və Dashnaktsutyun koalisiya tərəfdaşlarıdır.

Ermənistanın vəzifədən getməkdə olan prezidenti Serj Sarkisyan yanvarın 19-da Respublikaçı Partiyasının Armen Sarkisyanı bu postda görmək istədiyini açıqlamışdı.

Armen Sarkisyan indiki prezidentlə qohum deyil. O, 1996-1997-ci illərdə ölkənin baş naziri olub, respirator xəstəlik üzündən istefa verib.

O, hazırda Ermənistanın Britaniyadakı səfiridir, prezidentliklə bağlı son konstitusiya islahatlarına uyğun olaraq, heç bir siyasi partiyanın üzvü deyil.

Yanvarda prezident Sarkisyan deyib ki, Respublikaçı Partiyasının namizədi siyasətə qatılmayan, cəmiyyətin yüksək sayqıyla yanaşdığı şəxs olmalıdır.

2015-ci il dekabr referendumundan sonra Ermənistan yarı-prezidentlik idarəçilik formasını parlament respublikasına dəyişib.

Dəyişikliklər nəticəsində prezidentin veto hüququ alınır, prezidentlik formal mövqeyə çevrilir, parlament onu hər yeddi ildən bir seçir.

Konstitusiya islahatlarına görə, Ermənistan prezidenti yalnız bir dəfə yeddi illiyə seçilə bilər.

Skeptiklər bu islahatlara hazırkı prezident Sarkisyanın ölkəyə siyasi nəzarəti saxlamaq cəhdi kimi baxırlar. Belə ki, aprelin 9-da ikinci müddət beşillik prezidentliyi bitincə, o, baş nazir ola bilər.

Ermənistanın Respublikaçı Partiyası Yerevanın 113 yerlik parlamentdə sadə səs çoxluğuna malikdir və martın əvvəlində keçiriləcək səsvermədə Armen Sarkisian-ın prezident postuna təsdiqlənəcəyi gözlənir.

azadliq.info