Ermənistanda prezident seçkilərinin tarixi açıqlandı

Ermənistanda prezident seçkiləri martın 2-də keçiriləcək.

News.am-a istinadən xəbər verilir ki, bu haqda Ermənistanın Respublika Partiyasının parlamentdəki fraksiyasının rəhbəri Vaqram Baqdasaryan deyib.

Onun sözlərinə görə, namizədlərin müzakirələri artıq bu həftədən etibarən başlayır.

“Namizəd diasporada təsirə malik olan nüfuzlu və partiyasız şəxs olmalıdır. Bu meyarlara riayət edilməlidir. Ölkəmizdə belə şəxslərin olub-olmamasına gəlincə, bəli, belə şəxslər var, amma adlarını hələ açıqlaya bilmərik”, - Baqdasaryan bildirib.