EURO : 1,858 TRY : 0,2502 USD : 1,7 RUB : 0,0238
Ermənistanda koronavirusa yoluxanların sayı 770-ə çatdı

Ermənistanda koronavirusa yoluxanların sayı 770-ə çatdı

Ermənistanda son sutkada 34 nəfərdə koronavirus qeydə alınıb.

Bunu ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktika üzrə Milli Mərkəz açıqlayıb.

“Ermənistanda koronavirusa 770 yoluxma faktı qeydə alınıb. Onlardan 43-ü sağalıb. 7 nəfər isə ölüb”, - qurumdan bildirilib.

Məlumata görə, ölkədə hazırda 720 aktiv koronavirus xəstəsi var.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 205 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 118 000-i ötüb. Bunların 229 274 nəfəri sağalıb, 59 226 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Facebook