Ermənistanda 6 qubernator işdən çıxarıldı

Ermənistan hökuməti oktyabrın 4-də "Çiçəklənən Ermənistan" və "Daşnaksutyun" partiyalarından olan 6 qubernatoru işdən çıxarıb.
 
Bir gün öncə isə prezident həmin partiyalardan olan 6 naziri istefaya göndərmişdi.
 
Oktyabrın 2-də növbədənkənar seçkiləri çətinləşdirən qanun layihəsi parlamentdə birinci oxunuşda qəbul olunub. İşdən çıxarılan 6 nazirin bu sənədə dəstək verdikləri bildirilir.
 
Sənədin qəbulundan sonra parlament önündə etirazçılar toplaşıb. Baş nazir Paşinyan parlamentin addımını "əks inqilab" adlandırıb.