Ermənistan XİN Paşinyanı yalançı çıxardı

Ermənistan XİN Paşinyanı yalançı çıxardı

"Sülh danışıqlarının heç bir mərhələsində Şuşa şəhərindən imtina məsələsi qoyulmayıb” - bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Nağdalyan öz "Feysbuk” səhifəsində yazıb. Bununla da o, baş nazir Nikol Paşinyanın dediklərini təkzib edib.
 
Paşinyan daha əvvəl onlayn-konfrans zamanı demişdi ki, danışıqlar zamanı Ermənistana Şuşa da daxil olmaqla, ərazilərdən imtina təklif olunub. Onun sözlərinə görə, Ermənistan müharibədən qaçmaq üçün Azərbaycana 7 rayonu, eləcə də Şuşa şəhərini qaytarmalı idi:
 
"Amma biz bununla razılaşmaq istəmirdik. Ermənistan hökuməti, Ermənistan silahlı qüvvələri, Artsax müdafiə ordusu sona qədər mübarizə apardılar. Təəssüf ki, mübarizəmiz qalibiyyətlə başa çatmadı”.

Facebook