Ermənistan və Azərbaycan noyabrın 9-da Moskvada iki sənəd imzalayacaqlar - KİV

Ermənistan və Azərbaycan noyabrın 9-da Moskvada iki sənəd imzalayacaqlar - KİV

Noyabrın 9 -da Ermənistan və Azərbaycan liderləri Moskvada iki sənəd imzalayacaqlar.

Bbu barədə 22 oktyabr axşamı,  "etibarlı diplomatik mənbələrə" istinadən, erməni saytı Aliq Media məlumat yayıb.

Sənədlər Vladimir Putinin vasitəçiliyi ilə Nikol Paşinyan və İlham Əliyev tərəfindən imzalanacaq. Birinci sənəd Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyasına aiddir.

Beləliklə, İrəvan və Bakı SSRİ Müdafiə Nazirliyi Baş Qərargahının xəritələrinə əsaslanaraq bir -birlərinin sərhədlərini və ərazi bütövlüyünü tanıyacaq.

İkinci sənəd, Azərbaycanla Naxçıvan arasındakı yol dəhlizləri də daxil olmaqla bölgədəki kommunikasiyaların blokdan çıxarılmasına aiddir.

 

(Turan)

Facebook