Ermənistan təlimlər çərçivəsində Azərbaycana müharibə elan etdi

Ermənistanda “Şant-2018” hərbi təlimləri keçirilir.

Təlimlər çərçivəsində Ermənistan parlamenti müharibə elan etmək barədə qərar qəbul edib. 

Bu barədə erməni KİV-lərinə parlamentin ictimaiyyətlə əlaqələr və informasiya idarəsindən məlumat verilib.

“Erməni parlamentinin qərarına əsasən, Ermənistan hökumətinin “Müharibə elan etmək barədə” təklifinin əsasına  Ermənistan Konstitusiyasının  118-ci maddəsinin birinci bəndini və 105-ci maddəsinin 5-ci bəndini əsas tutaraq parlament Azərbaycan respublikasına müharibə elan edir”, - deyə qərarda deyilir.

Qeyd edək ki, Ermənistan ərazisində 11 sentyabr tarixindən “Şant-2018” hərbi təlimləri start götürüb. Təlimlər 14 sentyabra qədər davam edəcək. Ermənistan hərbi vəziyyət şəraitinə gətirilib.

Təlimlər plan xarakterlidir və dövləti müdafiəyə, dövlət orqanlarının mobilizasiyasına və aqressiya zamanı hərbi idarəetməyə, hazırlığı yüksək səviyyəyə çatdırmağa hesablanıb.

olke.az