"Ermənilər təxribat məqsədilə ərazilərimizə od vurur" - İcra başçısı

“Ermənilər illərdir ki, işğal altında olan bölgələrimizdə yanğınlar törədirlər”.

Bunu Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədov deyib.

İcra başçısının sözlərinə görə, düşmən tərəfi hər il yay aylarında işğal etdiyi ərazilərə təxribat məqsədilə od vurur.
“Yanğın bizim nəzarətimizdə olan ərazilərə keçməyib. Daim vəziyyəti nəzarətdə saxlayırıq”. 

Qeyd edək ki, Ermənistan silahlı qüvvələri ötən gün Ağdam rayonunun işğal altında olan kəndlərində yanğınlar törədib.

AzVision.az