Erməni əsilli şəxs məscidə basqın etmək istəyib

Fransada cümə axşamı günü bir erməni əsilli kişi maşınını paytaxt Parisdə yerləşən məscidin qarşısında bir izdihamın üzərinə sürməyə cəhd edib, polis deyir.

Yerli vaxtla saat 18:30-da Parisin Creteil rayonunda baş vermiş hadisədə xəsarət alan olmayıb.

Deyilənlərə görə, maşının qarşısını məscidin ətrafına qoyulmuş baryerlər alıb.

Şübhəli şəxsin hücumda məqsədi hələ ki, məlum deyil, lakin Le Parisien qəzeti yazır ki, o, erməni əsillidir və islamçı qruplarla əlaqəli hücumlara qarşı qisas almaq istədiyini deyib.

Son zamanlar özünü İslam Dövləti (İD) adlandıran qruplaşmaya üzv olduqlarını iddia edən şəxslər Avropada bir çox avtomobilli hücumlar təşkil ediblər.

The mosque at Créteil

Image caption Créteil rayonunda yerləşən məscid

Polisin bəyanatında deyilir ki, kişi maşını Parisin cənub-qərbində yerləşən məscidi qorumaq üçün yerləşdirilən baryerlərə dəfələrlə çarpıb.

Hücum cəhdindən sonra o, hadisə yerini sürətlə tərk edib, lakin daha sonra qəzaya uğrayıb və sürücü qaçmağa cəhd edib. Bundan qısa müddət sonra o, saxlanılıb.

Le Parisien qəzeti onun narkotik qəbul etdiyini və ya içkili olduğunu işarə edən əlamətlər olmayıb.

Məlumatlara görə şübhəli İD-la əlaqəli Bataclan teatrı və Champs-Élysées küçəsində baş verən hücumlara görə qisas almaq istədiyini deyib.

Fransa hələ də 2015-ci ilin noyabrında 130 nəfərin ölümü ilə nəticələnən Bataclan teatrı hücumundan sonra bəyan edilən fövqəladə vəziyyətdə qalmaqdadır.

Aprel ayında bir silahlı Champs-Élysées küçəsində polis zabiti Xavier Jugelé-ni qətlə yetirdikdən sonra öldürülüb. Onun cəsədinin yanında İD-i müdafiə edən məktub tapılıb.