Erməni idmançılar Bakıya gələcək

Erməni idmançılar Bakıda keçiriləcək Avropa Çempionatında iştirak edəcək.

Ermənistan KİV-nə istinadən xəbər verilir ki,  bunu Ermənistanın Batut üzrərində tullanma Federasiyasının rəhbəri David Farhadyan deyib.

O bildirib ki, 2018-ci ilin  12-15 aprel tarixlərində Bakıda Batut üzərində tullanma üzrə Avropa Çempionatı keçiriləcək.

“Həmin çempionatda iştirak etmək üçün Batut üzərində tullanma üzrə Ermənistanın gənclərdən ibarət millisi Bakıya gedəcək”.