EURO : 1,8427 TRY : 0,2563 USD : 1,7 RUB : 0,022
Erkin Qədirli Milli Məclisdə ilk çıxışını etdi

Erkin Qədirli Milli Məclisdə ilk çıxışını etdi

Deputat Erkin Qədirli Milli Məclisdə ilk çıxışını edib.

 

Rakurs.tv xəbər verir ki, o, çıxışında təklif edib ki, əvvəlki çağırışda müzakirə edilib qəbul edilməyən layihələr yeni çağırışa ötürülməsin:

 

“Belə ənənə parlamentarizm təcrübəsi olan ölkələrdə yoxdur. Ona görə də, arzum bununla bağlıdır ki, əvvəlki çağırışın iş planı yeni çağırış iş planına ötürülməsin. Hansısa çağırış layihəyə baxa bilməyibsə, həmin layihə sıfırlanmalıdır. Mən “Əmanətlərin sığortalanması haqqında” qanuna bitərəf qaldım. Sadəcə layihənin əsaslandırmasını görmədim. Layihələr olanda əsaslandırması ilə birgə bizə təqdim edilməsini xahiş edirik.

 

O cümlədən “Qeyri-hökumət təşkilatları haqqında”, “Qrantlar haqqında” qanun dəyişdirilməlidir”.

 

E. Qədirli həmçinin adının Hüquq siyasəti və dövlət quruculuğu komitəsi üzvü kimi siyahıya salınmamasına etiraz edib. O bildirib ki, bu komitəyə üzv yazılmışdı: “Amma nədənsə öz adımı burada görmədim. Mən özüm hüquqşünasam. Bu komitədə olmasam, daha mənim nə burada nə işim var?”

Sözügedən komitənin sədri Əli Hüseynli bildirib ki, bu texniki məsələdir: “Artıq elektron qaydada bu məsələ nəzərə alınıb. Siz komitənin üzvüsünüz”.

Facebook