Energetika naziri Natiq Əliyevlə vida mərasimindən - Fotolar

Bu gün mərhum energetika naziri Natiq Əliyevlə Şəhriyar adına Bakı Mədəniyyət Mərkəzində vida mərasimi keçirilib.Mərasimdə dövlət və hökumət nümayəndələri iştirak edib.

Qeyd edək ki, ötən həftənin sonu ürəyində problem yaranan nazir Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Daha sonra isə müalicəsini davam etdirmək üçün Türkiyəyə aparılıb.

Natiq Əliyev iyunun 8-də İstanbulun "Florence Nightingale" xəstəxanasında vəfat edib.