Energetika naziri Natiq Əliyevlə vida mərasimindən - Fotolar

İyunun 10-u mərhum energetika naziri Natiq Əliyevlə Şəhriyar adına Bakı Mədəniyyət Mərkəzində vida mərasimi keçirilib. Mərasimdə dövlət və ictimaiyyət nümayəndələri iştirak edib.

Qeyd edək ki, ötən həftənin sonu ürəyində problem yaranan nazir Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Daha sonra isə müalicəsini davam etdirmək üçün Türkiyəyə aparılıb.

Natiq Əliyev iyunun 8-də İstanbulun "Florence Nightingale" xəstəxanasında vəfat edib.