“Elina pozğun ailənin uşağıdır” - Direktorun səs yazısı tənqid olundu

162 nömrəli tam orta məktəbin direktoru Sevinc Abbasovanın səs yazısı sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

 

Rakurs.tv “Qafqazinfo”ya istinadən xəbər verir ki, direktor bir neçə gün öncə intihar etmiş məktəbin 8-ci sinif şagirdi Elina Hacıyeva ilə bağlı açıqlamasında şagirdin ailəsi haqqında təhqiramiz ifadələr işlədib.

“Yazın ki, pozğun, uğursuz ailənin uşağıdır. Valideyn ikinci dəfə ərə gedib, balaca uşaqları var və bununla maraqlanmayıb”. 

 

Qeyd edək ki, hazırda hüquq-mühafizə orqanları tərəfindən hadisənin təfərrüatları araşdırılır.