EURO : 1,858 TRY : 0,2502 USD : 1,7 RUB : 0,0238
Elina Hacıyevanın məhkəməsində nə baş verdi? - Video

Elina Hacıyevanın məhkəməsində nə baş verdi? - Video

Dekabrın 20-də Elina Hacıyevanın işi üzrə apelyasiya baxışı keçirilib.
 
Prosesə hakim Kamran Əkbərovun sədrliyi ilə baxılıb. Məhkəmə  yanvarın 8-nə təyin edilib.
 
162 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi, 2004-cü il təvəllüdlü Elina Hacıyevanın təhsil aldığı məktəbin üçüncü mərtəbəsindən özünü ataraq intihar etməsi faktı ilə Bakı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başladılmışdı. İş üzrə məktəbin direktoru Sevinc Abbasova Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və məhkəmənin qərarı ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib. 
 
Daha sonra Cinayət Məcəlləsinin 125-ci (ölüm həddinə çatdırma) maddəsi ilə açılan cinayət işinə xitam verilib. 
 
Zərərçəkmiş tərəf direktora verilən cəzanın ağırlaşdırılmasını, onun həbsini tələb edir.

Facebook