Elektrik sayğaclarının idxalı artıb

Bu ilin birinci rübündə xarici ölkələrdə 68 mindən çox elektrik sayğacı alınıb ki, bu da 2017-ci ilin eyni dövründəkindən 22% çoxdur. Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Elektrik sayğacının biri gömrük orqanlarında 19,46 dollara (33 manat) bəyan edilib. Ötən ilin birinci rübündə elektrik sayğacları orta hesabla 11,62 dollara (19,75 manat) idxal edilib.

Turan