Elçin Sadıqov Әfqan Muxtarlı ilə görüşə buraxılmadığını deyir

Vәkil Elçin Sadıqov bu gün, mayın 8-də habsdə olan jurnalist Әfqan Muxtarlı ilә görüşünə şərait yaradılmadığını bildirir.
 
Onun verdiyi məlumata görə, mayın 8-də saat 16:40-da 16 saylı cәzaçәkmә müәssisәsinə gələrək, Əfqan Muxtarlı ilә görüşmək üçün sənədlәrini təqdim edib.
 
"Əməkdaş bildirdi ki, rəisin işi var birazdan buraxılışın üstünü yazacaq. Bir müddәt keçәndәn sonra bildirdilər ki, saat 16:30-dan sonra görüşә heç kəs buraxılmır”.
 
Elçin Sadıqov qeyd edib ki, әvvәllər saat 17:00-a qәdәr cəzaçəkmə müəssisəsinə görüş üçün sәrbәst girmәk olurdu.
 
"Əvvəllər 5-10 dəqiqə ərzində görüş verirdilər, indi 1 saat gözlədib görüş mümkün deyil deyirlər”, - vәkil vurğulayıb.
 
Hələlik, vəkilin bu açıqlamasına Penitensiar Xidmәtdәn münasibәt öyrәnmәk mümkün olmayıb
 
Bir müddət öncə Əfqan Muxtarlının yaxınları onun səhhətində problemlər olduğunu açıqlamışdılar.
 
Jurnalist Əfqan Muxtarlı 2017-ci il mayın 29-da oturum izni aldığı Gürcüstandan zorla Azərbaycana gətirildiyini deyir.
 
Onun dediyinə görə, Tbilisidə saxlanıb, ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib, üstəlik, cibinə 10 min avro pul qoyulub.
 
Bakıdakı rəsmi qurumlarsa onun sərhədi keçərkən Azərbaycan ərazisində saxlandığını, bu zaman hüquq-mühafizə əməkdaşlarına müqavimət göstərdiyini bəyan ediblər.
 
Əfqan Muxtarlı hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə, sərhədi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham olunaraq 6 il həbs cəzası alıb.
 
Gürcüstan baş naziri və daxili işlər naziri də Əfqan Muxtarlı olayında yerli hüquq-mühafizə orqanlarının iştirakını təkzib ediblər.
 
Azadliq.org