Ekspert bahalığın səbəblərindən danışır

"Əgər, hökumət bazarı tənzimləmək fikrindədirsə, ilk növbədə ucuz məhsul əldə etməyin əsaslarını yaratmalıdır. Bunün üçün kifayət qədər təsir mexanimləri var. Bu, istehsalçıya istehsal prosesində dəstək olmaqdan başlayır"
 
Bunu kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmli baş nazir Novruz Məmmmədovun "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələrinə" dəyişikilik edilməsi ilə bağlı qərarını dəyərləndirərəkən söyləyib.
 
Ekspert hesab edir ki, faktiki bahalığın bir səbəbi də istehsal olunan məhsulu uzun müddətə saxlamağın mümkün olmamasından irəli gəlir; "Halbuki, çoxsaylı anbarlar var ki, fermerlər bu soyuducu anbarlardan istifadə etməklə məhsul bolluğunu qoruya bilərlər. Amma bu anbarlada saxlama qiymətləri bahadır".
 
V.Məhərrəmliyə görə, üstəlik, eneri daşıyıcılrının, suyun, gübrələrin qiyməti bahadır. Ekspert hesab edir ki, göbrələrin keyfiyyəti də ürək açmır; "Belə halda idxaldan asılılıq yaranır. Digər tərəfədnsə hökumətin indiki addımları ilə bazarda sabit qiymət yaratmaq ümumiyyətlə mümükn deyil. Yetişən məhsulu maya dəyərindən aşağı satmağa çalışmaq isə çıxış yolu sayılmaz".
 
Aprelin 5-də iqtisadiyyat naziri Şahin Mustafayev də bildirmişdi ki, bəzi kənd təsərrüfatı məhsullarda qiymət bahalığı onları da narahat edir. Nazirin sözlərinə görə, onlar bahalığın qarşısını almaqdan ötrü bəzi tədbilər görəcəklər
 
Nazirlər Kabineti özünün ik il əvvəl, noyabrın 17-də təsdiq etdiyi "Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri" adlı sənədəinə dəyişikliklər edilib.
 
Baş nazir Novruz Məmmədovun imzaladığı qərarı bu gün, aprelin 6-da Nazirlər Kabinetinin saytı yayıb.
 
Qərarla bu il aprelin 30-dək ölkədən 1 kq təzə və ya soyudulmuş kartofun ixracına görə 1 ABŞ dolları gömruk rusumu tətbiq edilir. 
 
Həmin qərarın 2-ci bəndində də qeyd edilir ki, mayın 31-dək ölkəyə 1 kq şalot soğanın, ağbaş və qırmızıbaş kələminə idxalına 2 ABŞ dolları gömrük rusumu olacaq.
 
Azadliq.org