Dünyanın ən maraqlı 7 heykəli

Bu heykəllər qədər onların hekayələri də maraqlıdır...

1. Mustangs  - Las Colinas, Texas, ABŞ

Robert Glen "Mustangs Las Colinas" adlanan bu heykəli Texas şəhərinin tarixi simvollarından biri sayılan vəhşi atların şərəfinə düzəldib. "Williams Meydanı"nda yerləşən heykəl azad və ambisiyalı həyat tərzini simvolizə edir.

2. Expansion - New York, ABŞ

Heykəl insanın yalnız bədəninin qəliblərindən sıyrılaraq azad ola biləcəyi fikrini çatdırır. Qadının bədənindən çıxan işıq azadlıq və insanın daxili təbəddüatlarının rəmzidir. Paige Bradleyin sözlərinə görə, müəllifi olduğu heykəl istismar, zülm və xəstəliklərdən əziyyət çəkən insanların ruhi yüksəliş və güclənmə prosesini göstərir.

 

3.The Monument Of An Anonymous Passerby - Polşa, Varşava 

Varşavada insanların ən çox istifadə etdiyi küçələrin birində yerləşən heykəl Polşada repressiv kommunist rejimi dövründə həbs edilmiş və ziyan çəkmiş anonim qəhrəmanların xatirəsinə ucaldılıb.

4. People Of The River - Singapur

Dünyanın ən maraqlı heykəllərindən biri sayılan bu heykəl ard-arda çaya tullanan bir neçə uşaq obrazından ibarətdir. Hazırda üzmək qadağan edilsə də, çayın cəmiyyətin müxtəlif təbəqlərindən olan insanlar üçün fərqli anlamlar daşıdığını əks etdirir. 

5. The Shoes On The Danube Bank - Budapeşt, Macarıstan

Tuna çayının kənarında yerləşən bu heykəl İkinci Dünya Müharibəsi dövründə faşist Arrow Cross qruplaşması tərəfindən öldürülən 3500 nəfərin xatirəsinə düzəldilib. Bu insanlara öldürülməzdən əvvəl ayaqqabılarını çıxartmaları əmr edilirdi və beləcə bədənləri çaya düşərkən, ayaqqabıları çayın kənarında qalırdı. Can Togay ve Gyula Pauerinin müəllifi olduğu bu heykəl müharibənin məsum qurbanlarını simvolizə edir. 

6.  Break Through From Your Mold - Filadelfiya, Pensilvaniya, ABŞ

Zenos Frudakisin müəllifi olduğu heykəl insanların, azadlıqlarını məhdudlaşdıran çərçivələrdən qurtulmaq üçün apardığı daxili mübarizəni canlandırır. Azadlığın universal bir dəyər olduğunu əks etdirən heykəl, çərçivələrdən qurtulmaq uğrunda mübarizə aparan insan obrazını tərənnüm edir.  

7. Les Voyageurs - Marsel, Fransa

Fransalı heykəltəraş Bruno Katalanonun əsəri, gündəlik məşğuliyyətlərin içində itən insanların bu prosesdə özlərinin və bədənlərinin bir hissəsini geridə qoyaraq yollarına davam etdiyini göstərir.