Dünyanın ən böyük Quran nüsxəsi sərgiyə çıxarıldı

Dünyanın ən böyük Quran nüsxəsi sərgiyə çıxarıldı

Pakistanlı İslami İncəsənət ustasının hazırlamaqda olduğu dünyanın ən böyük Quran nüsxəsinin bir hissəsi BƏƏ-nin Dubay əmirliyində keçirilən "EXPO-2020" sərgisində nümayiş edilib.

Pakistanlı incəsənət ustası bu Quran nüsxəsini Osmanlı, İran və Ərəb incəsənətindən ilham alaraq, təbii rənglərlə canlı nümunələr əsasında qızıl üzlük çəkilmiş alüminium vərəqlər üzərində işləmişdir.

Şahid Rəssam adlı bu incəsənət ustası bundan öncə də Allahın 99 adını (Əsmaul-Hüsna) qızıl üzlük çəkilmiş alüminium vərəqlər üzərində yazmış və 2000-ci ildə BƏƏ-nin əl-Eyn universitetinin qızıl mükafatını qazanmışdı.

Şahid Rəssam dünyanın ən böyük Quranını yazmaq layihəsini beş il öncə başlamışdır. Bu nüsxənin hər bir səhifəsi 2.60 metr uzununda və 2 metr enindədir. Hər səhifədə 150 kəlimə var. Quran 550 səhifədə olacaqdır.

200 rəssam və hüsnxətt ustasının üzərində işlədiyi bu Quran nüsxəsinin 2022-ci ilədək tamamlanacağı gözlənilir.

Qeyd edək ki, hazırda dünyanın ən böyük Quran nüsxəsinin 2 mert uzunluğu və 1.52 metr eni var.

 

(iqna)

Facebook