DÜHA - Rəsul Həsənovun fərdi sərgisi - Fotolar

Oktyabrın 12-də Müassir İncəsənət Mərkəzində qrafik dizayner Rəsul Həsənovun DÜHA adlı sərgisi keçirilib. Sərgi Azərbaycan Demokratik Cümhuriyyətinin 100 illiyinə həsr olunub. "Düha" sərgisindən artıq üç il keçir. Bu il onun baş tutuacaq ikinci "Düha" adlı fotoillüstrasiya janrındakı sərgisində 40-dan çox portret əsəri təqdim olunub. Sərgi sabah (13 oktyabr) da davam edəcək.
Rəsul Həsənov 1991-ci ildə Bakı şəhərində dünyaya gəlmişdir. Qırlı damların, meynəli ağacların, gilli divarların rəngarəng və doğma abu-havasında böyümüşdür. 2013-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin "Texnologiya və Dİzayn" fakultəsindən "Dizayn" ixtisası üzrə məzun olmuşdur. 2009-cu ildən qrafik dizayn sahəsində peşəkar fəaliyyət göstərir. Özünün yaratdığı fotoillüstrasiya janrındakı portretlər seriyası 2014-cü ildən öz yolunu başlayır.