Dövlət xətti ilə verilən ipoteka kreditinin məbləği açıqlanıb

Dövlət xətti ilə verilən ipoteka kreditinin məbləği açıqlanıb

Ötən il Azərbaycan bankları İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə 261,7 mln. manat kredit verib.

 

Bu, əvvəlki illə müqayisədə 29% çoxdur.

 

Hesabat dövründə İpoteka və Kredit Zəmanət Fonduna dövlət büdcəsindən illik müqayisədə 2 dəfə çox - 100 mln. manat vəsait ayrılıb. Fond özü isə 200 mln. manatlıq istiqraz buraxıb ki, bu da illik müqayisədə 24,5% azdır. 

Facebook