EURO : 1,858 TRY : 0,2502 USD : 1,7 RUB : 0,0238
Dövlət xalçaçılıq şirkətinin zərərləri 7 dəfə artıb

Dövlət xalçaçılıq şirkətinin zərərləri 7 dəfə artıb

2018-ci ildə "Azərxalça" ASC xalça satışından 424 min manat gəlir əldə edib, təkcə istehsal xərcləri isə bu məbləğdən 116 min manat və ya 27% çoxdur. Bu barədə şirkətin maliyyə hesabatında qeyd olunur.

 

Məhsul satışının təşkili, inzibati və əməliyyat xərclərini nəzərə alsaq, "Azərxalça"nın əməliyyat xərcləri il ərzində 4,1 milyon manatı keçib.

Facebook